“Bavariya” xal itirdi
Almaniya Çempionatının 6-cı turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, “Bavariya” səfərdə “Ayntrax”la 3:3 hesablı bərabərliklə razılaşıb.
Matçda qolları “Bavariya”dan Kim Min Ce, Dayo Upamekano, Maykl Olise vurub.
“Ayntraxt”dan isə Omar Marmouş dubl müəllifi olub. Digər qolu isə Hüqo Ekitike rəqib qapısından keçirib.
Qeyd edək ki, “Bavariya” 14 xalla çempionata başçılıq edir. “Ayntraxt” isə 13 xalla 3-cü pillədə qərarlaşır.