“Çelsi” xal itirdi

İngiltərə Premyer Liqasının 7-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, “Çelsi” doğma meydanda “Notinqem Forest”lə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçda qolları “Çelsi”dən Noni Madueke, “Notinqem”dən isə Kris Vud vurub.

“Notinqem” 78-ci dəqiqədə meydan azlıqda qalıb. Ceyms Vord Provs qırmızı vərəq ilə cəzalanıb.

Qeyd edək ki, “Çelsi” 14 xalla 4-cü, “Notinqem” isə 10 xalla 9-cu pillədə yer alır.