Birmingemdə qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasında 7-ci turun mərkəzi matçında “Aston Villa” öz meydanında “Mançester Yunayted”lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş qolsuz bərabərliklə nəticələnib.

“Mançester Yunayted” liqada son 3 matçda qələbə qazana bilməyib.

Qeyd edək ki, “Mançester Yunayted” 8 xalla 14-cü, “Aston Villa” isə 14 xalla 5-ci pillədə qərarlaşır.