"Beşiktaş" təcrübəli futbolçusu ilə yolları ayırır
"Beşiktaş" təcrübəli futbolçusu ilə yolları ayırır
Sportline.az xəbər verir ki, Söhbət uzun müddətdir komandadan ayrılmaq istəyən Cenk Tosundan gedir. 32 yaşlı hücumçu karyerasını “Eyüpspor” klubunda davam etdirmək qərarına gəlib.
Təcrübəli hücumçunun bu qərarı qəbul etməsində əsas səbəb Arda Turanın zəng etməsinin olub. Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək komandanın baş məşqçisi Arda Turan Cenk Tosunla danışaraq “Eyüpspor”a qatılması üçün razı salıb.
Qeyd edək ki, “Beşiktaş” rəsmiləri də daha öncə Cenk Tosunla yeni müqavilə imzalamayacaqlarını bildirmişdilər.