“Beşiktaş” yeni baş məşqçi ilə danışıqlara başlayıb

Baş məşqçi axtarışında olan “Beşiktaş”da gözlər Niderlanda çevrilib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, “Beşiktaş” klubu 50 yaşlı mütəxəssis Ciovanni Van Bronkhorstla danışıqlara başlayıb.

Məşqçilik karyerasına 2010-cu ildə başlayan Van Bronkhorst Hollandiya U-21 və “Feynoord” komandasında köməkçi məşqçi kimi çalışıb.

2015-ci ildə o, “Feynoord”un əsas komandasına baş məşqçi təyin olnub.
2020-ci ildə qısa bir müddət Çinin “Quanzou” komandasını çalışdıran Van Bronkhorstun son komandası “Rengers” olub.

Xatırladaq ki, Riza Çalımbay dönəmində də Van Bronkhorstun adı “Beşiktaş” ilə hallanmışdı