"Beşiktaş"dan ayrılan futbolçunun yeni komandası müəyyənləşib

"Beşiktaş"la müqaviləsi başa çatan Umut Meraşın yeni ünvanı məlum olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi karyerasını Super Liqanın yeni komandası "Eyüpspor"da davam etdirəcək.

Razılığın yaxın günlərdə rəsmi olaraq açıqlanacağı bildirilir.

Umut Meraş 2021-2022 mövsümünün əvvəlində "Le Harve"dən "Beşiktaş"a 1.5 milyon avro qarşılığında trasnfer olunmuş və 3 mövsüm İstanbul klubunun şərəfini qorumuşdu.

Qeyd edək ki, "Beşiktaş" karyerasında ümumillikdə 60 oyuna çıxan futbolçu bu görüşlərdə 2 asistlə yadda qalıb.