"Beşiktaş"dan "Spartak"a

"Beşiktaş"ın hücumçusu Vensan Abubakar karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin yolları ayrmaq istədiyi futbolçu "Spartak"ın hədəfindədir.

Moskvalılar kamerunlu forvard üçün 10 milyon avro ödəməyə hazırdırlar.

Bu haqda Actu Cameroon nəşri məlumat yayıb. Rusiya mətbuatı da bununla bağlı xəbərlər dərc etməkdədir.

"Beşiktaş"ın heyətdən kənarlaşdırdığı futbolçu özünün də "Spartak"ın formasını geyinməyə hazır olduğu bildirilir.