“Beşiktaş”ın Entoni iddiası
“Beşiktaş” klubunun rəhbərliyi yanvar ayında “Mançester Yunayted”in brazilyalı futbolçusu Entonini transfer etməyə çalışacaq.
Sportline.az “A spor” kanalına istinadən xəbər verir ki, “Beşiktaş” klubu Entonini icarəyə götürmək niyyətindədir. “Beşiktaş” klubu Entoninin meneceri ilə danışıqlara başlayıb.
Entonin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 1 qolla yadda qalıb.