"Beşiktaş"ın növbəti hədəfi braziliyalı hücumçudur

"Beşiktaş "Benfika"dan ayrılacağı gözlənilən Artur Kabralı heyətinə qatmaq istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul klubunun rəhbərliyi nöbəti günlərdə 26 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək.

Artur Kabral 2023-cü ildə "Fiorentina"dan "Benfika"ya 20 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm Lissabon klubunun heyətində 43 oyunda 11 qol və 3 asistlə çıxış edib.

Qeyd edək ki, futbolçu daha əvvəl "Bazel" və "Palmeyras"ın uğurları üçün çalışıb.