Beyldən yüksək göstərici
“Tottenhem”in futbolçusu Qaret Beyl Premyer Liqada mövsümün ən yaxşı nəticəsini göstərib.
Sportline.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu mövsüm 20 oyun keçirib. O, ümumilikdə 930 dəqiqə meydanda olub və 11 qol vurub. Beləliklə, Beyl orta hesabla hər 83 dəqiqədə 1 qol vurub. Bu, Premyer Liqada çıxış edən oyunçular arasında ən yaxşı göstəricidir.
Qeyd edək ki, Beyl London təmsilçisində icarə əsasında çıxış edir və müqavilə ilə “Real”a məxsusdur. Onun “Tottenhem”lə sözləşməsi iyun ayında başa çatacaq. Beylin Madrid təmsilçisinə qayıdacağı gözlənilir. Daha əvvəl isə uelsli oyunçunun Avro-2020-dən sonra karyerasını bitirəcəyi haqda xəbərlər yayılmışdı.