Beynəlxalq Ağırlıqqaldırma Federasiyası antidopinq qaydalarını sərtləşdirdi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Müstəqil Antidopinq Komissiyasının bir il müddətində idmançıların yarışlardan kənarlaşdırılmasına səbəb olan qayda pozuntularının sayının azaldılması barədə tövsiyəsini təsdiqləyib.

Sportline.az IWF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum antidopinq qaydaları ilə bağlı maddənin 12-ci bəndini bərpa edib. Bu isə o deməkdir ki, bundan sonra idmançılara cəza verməkdən ötrü il ərzində 4 deyil, 3 qayda pozuntusu kifayət edəcək.

Qurumun prezident səlahiyyətlərini icra edən Maykl İrani bildirib ki, qərar son illərdə ağırlıqqaldıranların qorunması və şəffaflığın təşviqi sahəsində qazanılmış irəliləyişi davam etdirmək üçün qətiyyəti əks etdirir.