"Binə" səfərdə, MOİK evdə sevindi

Azərbaycan I Divizionunda 8-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Səfərdə "Ağsu" ilə qarşılaşan "Binə" 2 cavabsız qola sevinib. MOİK isə doğma meydanda "Sabah"dan güclü olub.

11 noyabr 2017
I Divizion, 8-ci tur

"Ağsu" - "Binə" - 0:2
QOLLAR:
 Renat Aşurov, 98 (0:1); Renat Aşurov, 82 (0:2)

MOİK - "Sabah" - 3:1
QOLLAR: 
Orxan Həsənov, 36 (1:0); Bayram Nuruzadə, 37 (1:1); İsmayıl İbrahimli, 59 (2:1); Bilal Abbaszadə, 75 (3:1)