BOK Milli komitələrə qadağa qoydu
Beynəlxalq Olimpiya Komitəsi Milli Olimpiya Komitələrinə xəbərdarlıq məktubu göndərib.
Sportline.az xəbər verir ki, BOK yerli komitələrə Beynəlxalq Boks Assosiasiyasına (İBA) daxil olan federasiyalarla əməkdaşlıq etməyi qadağan edib.
Bu haqda "Inquisitor" məlumat yayıb.
Qeyd edək ki, BOK Beynəlxalq Boks Assosiasiyası ilə əlaqəni 2019-cu ildən kəsib.
2020-ci ildən İBA-ya rusiyalı Umar Kremlev rəhbərlik edir.
Bu təşkilat BOK-un Rusiya və Belarus idmançılarının yarışlarda milli identifikasiya ilə iştirakına qadağa qoyulması ilə bağlı tövsiyyəsini riayət etmir.