Boks həvəskarlarını super döyüş gözləyir

Boks həvəskarlarını yaxın vaxtlarda daha bir maraqlı döyüş gözləyir.

Sportline.az xəbər verir ki, söhbət WBA versiyasında birinci ağır çəkidə Xilberto Ramireslə Kris Bill-Smit arasında qarşılaşmadan gedir.

Bu görüş noyabrın 16-da Ər-Riyadda rəşkil olunacaq.

Bu haqda Səudiyyə Ərəbistanı promouterləri məlumat yayıblar.

Qeyd edək ki, WBA versiyası üzrə çempion kəməri Xilberto Ramiresdədir.

O, mart ayında erməni əsilli fransalı Arsen Qulamiryan üzərində qələbə ilə bu titula yiyələnmişdi.