Boksçularımızdan 10 medal

Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Vladimir Botvinnikin xatirəsinə həsr olunan yeniyetmələr arasında beynəlxalq turnirdə 10 medal qazanıblar.

Sportline.az xəbər verir ki, millinin üzvləri 1 qızıl, 9 bürünc medal əldə ediblər.

Komandanın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edib. Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, beynəlxalq turnirdə 7 ölkədən 142 idmançı mübarizə aparıb.