Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Boks üzrə seçmə komandamızın daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 69 kq çəki dərəcəsində yarışan Lorenzo Sotomayor 1/32 final mərhələsində Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə nəticələnib. O, gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, 1/16 finala yüksəlib. Sotomayor növbəti qarşılaşmasında əlcəzairli Şemseddin Kramounu sınağa çəkəcək. Görüş sentyabrın 16-da olacaq.
Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 finala yüksəlib.