Boksçumuz Gürcüstanda medal qazanıb
Azərbaycan boksçusu Elbrus Adıgözəlov Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Sportline.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
60 kq-da çıxış edən boksçu ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə 10 ölkənin təmsilçiləri mübarizə aparıblar.