"Bolonya"-"Yuventus": Heyətlərdəki son durum
İtaliya A Seriyasının 37-ci turunda üçüncü pilləni hədəfləyən "Bolonya" və "Yuventus" komandaları qarşılaşacaqlar.
Sportline.az xəbər verir ki, oyunqabağı 'Bolonya"nın heyətində 3 itki var. Bunlar zədəli olan Lyuvis Ferqyuson, Adama Sumaro və Zirkzedir.
"Qoca sinyora"da isə yalnız De Şilyonun iştirakı sual altındadır.
Qarşılaşmanı Giovanni Ayroldi idarə edəcək.
Qeyd edək ki, "Stadio Renato Dall'Ara'"da keçiriləcək matçın start fiti bu gün 22:45-də səslənəcək.