Bonucci "Çelsi"yə keçir?
"Yuventus"un futbolçusu Leonardo Bonucci "Çelsi"yə keçməyə yaxındır. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" Turin klubuna 55 milyon avroluq rəsmi təklif ünvanlayıb. London klubunun italiyalı çalışdırıcısı Antonio Konte də şəxsən klub rəhbərliyi ilə danışıb.
Məlumata əsasən, "Yuventus" təklif olunan məbləğ qarşılığında 30 yaşlı müdafiəçini satmağa razı olub. Tərəflərin detalları yaxın günlərdə açıqlayacağı gözlənilir.