"Borussiya" Dortmundun sabiq çalışdırıcısı "Altınordu" klubunu ziyarət edib

Ötən mövsüm "Borussiya" ilə Çempionlar Liqasında finala yüksələn Edin Terziç Türkiyə 2-ci liqa komandalarından "Altınordu"nu ziyarət edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 41 yaşlı çalışdırıcı klub prezidenti Seyit Mehmet Özkan və komandanın baş məşqçisi Olcay Şahanla fikir mübadiləsi aparıb.

Almaniyalı mütəxəssis 2020/2021 mövsümündə Dortmund klubu ilə Ölkə Kubokunun qalibi olub.

Qeyd edək ki, Terçiz bir dönəm "Beşiktaş" klubunda baş məşqçi Slaven Biliçin köməkçisi olub.