"Boston Seltiks" yenə məğlub oldu
Milli Basketbol Assosasiyasında (NBA) yarımfinal həyacanı davam edir.
Sportline.az xəbər verir ki, son çempion “Boston Seltiks” “TD Qarden”də “Nyu York Niks”lə münasibətlərini aydınlaşdırıb.
Matça daha fəal başlayan “Boston Seltiks” ilk periodu 24:13 hesabı ilə öndə başa vurub. Böyük fasiləyə də “Boston” öndə yollanıb. 50:41. Fasilədən sonra oyunun senarisi dəyişib.
“Nyu York Niks” fəal oyunu sayəsində yekunda 91:90 hesabı ilə qalib gəlib. Ümumi seriyada üstünlüyü 2:0 çatdıran “Niks” Nyu Yorka sərfəli nəticə ilə qayıdıb.
Matçın ən məhsuldar basketbolçusu Coş Hart olub. 23 xal 6 ribaund 3 asist. “Boston Seltiks”də isə ən yaxşı nəticəni Derrik Vayt göstərib. 20 xal 9 ribaund 5 asist.