Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Bakıdakı Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 66 kq-da Orxan Səfərov 3-cü yer uğrunda görüşdə serbiyalı Straxinya Bunçiçə qalib gəlib.

Bununla da Azərbaycan cüdoçuları ilk yarış günündə 3 medala sahib çıxıblar.

Daha əvvəl 60 kq-da Balabəy Ağayev 1-ci, Kəramət Hüseynov isə 3-cü yeri tutub.