“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşib.
Sportline.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 33 cüdoçumuzun qatılacağı yarışa fevralın 16-da start veriləcək.
İlk gündə yığmanın 16 üzvü mübarizə aparacaq. Saat 16:00-da isə yarışın açılış mərasimi təşkil olunacaq.
16 fevral
Leyla Əliyeva (48 kq) – 1/8 finalda rəqibini gözləyir
Könül Əliyeva (48 kq) – Marina Vorobyova (AIN): 1/16 final
Ramilə Əliyeva (48 kq) – Lois Petit (Belçika): 1/16 final
Gültac Məmmədəliyeva (52 kq) – 1/8 finalda rəqibini gözləyir
Aydan Vəliyeva (52 kq) – Naomi Van Krevel (Niderland): 1/16 final
Xədicə Qədəşova (52 kq) – Sofia Asvesta (Kipr): 1/16 final
Fidan Əlizadə (57 kq) – Xayone Ekisoain (İspaniya): 1/16 final
Açelya Toprak (57 kq) – Fazilat Qulboyeva (Tacikistan): 1/16 final
Balabəy Ağayev (60 kq) – 1/8 finalda rəqibini gözləyir
Turan Bayramov (60 kq) – Mohammed Falata (Səudiyyə Ərəbistanı): 1/16 final
Əhməd Yusifov (60 kq) – Miçel Auqusto (Braziliya): 1/16 final
Nazir Talıbov (60 kq) – Ramazan Abdulayev (AIN): 1/16 final
Yaşar Nəcəfov (66 kq) – 1/8 finalda rəqibini gözləyir
Kamran Süleymanov (66 kq) – Straxina Bunçiç (Serbiya): 1/16 final
Rəşad Yelkiyev (66 kq) – Yanislav Gerçev (Bolqarıstan): 1/16 final
İslam Rəhimov (66 kq) – Vilyar Lipard (Estoniya): 1/16 final
17 fevral
Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final
Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final
Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final
Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final
Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final
İbrahim Əliyev (73 kq) – Hamad Sulayman (Səudiyyə Ərəbistanı): 1/16 final
Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final
Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final
Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final
18 fevral
Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də çempion cüdoçu 1000, gümüş medalçı 700, üçüncü olan 500 reytinq xalı qazanacaq.