Brahim Diaz "Real Madrid"lə yeni müqavilə imzalayacaq
"Real Madrid" futbolçusu Brahim Diazla yola davam edəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Brahim Diaz "Real"la yeni müqavilə imzalayacaq.
"Los Blankos" 25 yaşlı futbolçunun xidmətindən razıdır. O, ötən mövsüm meydana çıxdığı 52 matçda 6 qol 7 asistlə yadda qalıb.
Qeyd edək ki, B.Diazın klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.