"Brayton" klubunun futbolçusunun evi qarət olunub

"Brayton" klubunun futbolçusu Valentin Barkonun evi qarət edilib.

Sportline.az "Dail Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun sevgilisi sosial şəbəkələrdə bildirib.

Hazırda "Sevilya"da icarə əsasında çıxış edən argentinalı futbolçunun sevgilisi İspaniyadakı evlərində baş verən oğurluq hadisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayətlənib.

Qadın artıq polisə şikayət etdiklərini bildirib.

Qeyd edək ki, bu il Argentinanın "Boka Xuniors" klubundan "Brayton"a transfer olunan V.Barko 2025-ci ilin yayına qədər İspaniya təmsilçisinə icarəyə verilib.