“Brayton”da ciddi itki
“Brayton”un türkiyəli futbolçusu Fərdi Kadıoğlunun zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, F.Kadıoğlu 4-6 həftə arası yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Fərdi Kadıoğlunun dekabr ayının sonlarında komanda ilə birgə məşqlərə qoşulacağı qeyd olunur.
Qeyd edək ki, Fərdi Kadıoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 2 qolla yadda qalıb.