“Brayton”u “Tottenhem”ə dəyişəcək

“Lester Siti”də icarə əsasında çıxış edən argentinalı futbolçu Fakundo Buanonette karyerasını “Tottenhem”də davam etdirəcək.

Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu müqavilə əsasinda “Brayton” klubuna məxsusdur. “Tottenhem” klubunun rəhbərliyi Fakundo üçün “Brayton”a 30 milyon avroluq rəsmi təklif göndərib.

“Brayton” bu təklifə müsbət cavab verib.

Transfer yanvar ayında reallaşacaq.

Qeyd edək ki, Fakuno Buanonette üçün “Tottenhem” daha öncə 20 milyon avro təklif göndərmişdi. Lakin “Brayton” klubunun rəhbərliyi bu təklifi geri çevirmişdi.