Braziliya klubu Tete üçün təklif göndərəcək
"Braziliyanın "Flaminqo" klubu Tete üçün təklif hazırlayır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Flaminqo" klubu "Qalatasaray"ın şərəfini qoruyan Teteni heyətinə qatmaq istəyir.
"Qalatasaray" rəsmiləri isə keçidlə bağlı fikirlərini təklifdən sonra açıqlayacaqlarını bildiriblər.
Qeyde edək ki, Tete bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 40 oyunda 3 qol, 6 asistlə yadda qalıb.