Braziliyadan darmadağın
Braziliya millisi Tunis yığması ilə yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, görüş Braziliyanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə Braziliya qələbə seriyasını 7-yə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl komanda DÇ-2022-nin seçmə mərhələsində Paraqvaya (4:0), Çiliyə (4:0), yoxlama oyunlarında isə Yaponiyaya (1:0), Cənubi Koreyaya (5:1) və Qanaya (3:0) qalib gəlib. Braziliya sonuncu dəfə 2021-ci ilin iyulun 11-də Amerika kubokunun finalında Argentinaya uduzub - 0:1.
Braziliya - Tunis - 5:1
Qollar: Rafinya, 11, 40, Riçarlison, 19, Neymar, 29 pen., Pedro, 74 - Talbi, 18
Qırmızı vərəqə: Bronn, 42