Braziliyalı futbolçu "Axmat"a geri dönüb

Rusiyanın "Axmat" klubu yarımmüdafiəçi İsmael Silvanı heyətinə qatdığını açıqlayıb.

Sportline.az Qroznı klubunun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı oyunçu ilə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Silva daha əvvəl 2017-2021-ci illərdə Axmatda çıxış edib. O, həmin vaxt komandası ilə keçirdiyi 114 oyunda 7 qol vurub, 17 məhsuldar ötürmə edib.Braziliyalı son 4 mövsümdə Səudiyyə klubu "Əl-Faysali"nin uğurları üçün çalışıb.

Qeyd edək ki, "Axmat" Rusiya Premyer Liqasında 2 turdan sonra 2 xalla 10-cu pillədə qərarlaşıb.