Braziliyalı futbolçu karyerasını "Zenit"də bitirə bilər

"Zenit"in futbolçusu Duqlas Santosun meneceri Tiaqo Freytas braziliyalı futbolçunun karyerasını burada bitirə biləcəyini deyib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Freytas açıqlamasında " Duqlas "Zenit"i və Sankt Peterburq şəhərini ailəsi kimi sevir. Karyerasını bu klubda bitirmək yaxşı seçim olardı" deyib.

Duqlas Santos 2019-cu ildən "Zenit"də çıxış edir. Cari mövsüm 14 oyuna çıxan sol cinah müdafiəçisi 3 asistlə yadda qalıb.

Qeyd edək ki, futbolçu yayda Rusiya klubu ilə yeni müqavilə imzalayıb.