"Brentford" klubu ardıcıl 3-cü oyunda ilk dəqiqədə fərqlənib
Premyer Liqanın 6-cı turunun "Brentford" - "Vest Hem" görüşündə meydan sahbləri 1-ci dəqiqədə Mbuemonun vurduğu qolla hesabı açıblar.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, "Brentford" komandası Premyer Liqada ardıcıl 3-cü oyundur ki, ilk dəqiqədə fərqlənməyi bacarır.
Tomas Frankın komandası bundan əvvəlki turlarda "Tottenhem" və "Mançester Siti"nin qapısına 1-ci dəqiqədə yol tapmışdı.
Qeyd edək ki, hazırda davam edən görüşdə birincilər fasiləyə 1-0 hesablı üstünlüklə yollanıblar.