Britaniya hökuməti klub rəsmisinə sanksiya tədbiq etdi

Rusiyanın MOİK klubunun direktorlar şurasının sədri Maksim Oreşkinin adı Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.

Sportline.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytı məlumat yayıb.

Oreşkinin aktivləri dondurulacaq və o, nəqliyyat sanksiyalarına məruz qalacaq. Yəni ona məxsus olan, icarəyə götürdüyü, nəzarət etdiyi və ya idarə etdiyi istənilən gəmi və ya təyyarə Böyük Britaniyaya daxil olarsa, saxlanılacaq.