Bruno Fernadeş: “Hər şey üçün təşəkkürlər"
“Mançester Yunayted”in portuqaliya futbolçusu Bruno Fernandeş Erik Ten Haqın ayrılması ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, Bruno öz şəxsi “instaqram” hesabında etdiyi paylaşımda bu fikirləri qeyd edib;
“Hər şey üçün təşəkkürlər patron. Bizə olan güvənini və bərabər paylaşdığımız xatirələri heç vaxt unutmayacam. Gələcək həyatınızda və karyeranızda sizə uğurlar arzu edirəm. Son dönəmlər hamı üçün çox yaxşı keçmədiyini bilsək də, azarkaşlərimiz sizin etdiyiniz mükəmməl işləri hər zaman xatırlayacaq”, - deyə Bruno Fernandeş bildirib.
Qeyd edək ki, Erik Ten Haq hazırda ölkəsi Niderlandda qayıtdığı bildirilir.