Bruno Fernandeş özünü günahkar hesab edir

“Mançester Yunayted”in portuqaliya futbolçusu Bruno Fernandeş maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Bruno Fernandeş niderlandlı çalışdırıcı Erik Ten Haqın komandadan göndərilməsində özünü günahkar hesab edir.

“Həmişə bütün gücümü meydanda qoyuram və Ten Haqda bunu bilir. O getdikdən sonra onunla danışdım və üzr istədim. Hamımız məyus olduq. Onun son dönəmlərində qol vura bilmədim. Ten Haqın qovulmasında özümü məsuliyyətli hiss edirəm. Sanki əsas günahkar mənəm kimi hiss var içimdə”, - deyə Bruno Fernandeş bildirib.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 3 qol və 5 asistlə yadda qalıb.