Bruno Gimarayeş karyerasını bu klubda davam etdirəcək
“Nyukasl Yunayted”in brazilyalı futbolçusu Bruno Gimarayeş karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.
Sportline.az insayder Poul Hörstin məlumatına istinadən xəbər verir ki, “Mançester Siti” mövsümün sonunda Gimarayeşi heyətinə qatacaq.
Tərəflər arasında razılıq əldə olunub.
Gimarayeşin hazır ki dəyəri “Transfermarkt” portalına görə 85 milyon avrodur.
Qeyd edək ki, 27 yaşlı futbolçunun “Nyukasl”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.