Bu gün 1-ci liqada çempion müəyyənləşə bilər

Azərbaycan 1-ci liqasında 25-ci tur davam edir.

Sportline.az xəbər verir ki, bu gün yarışda çempion müəyyənləşə bilər.

Belə ki, lider "Şəfa" autsayder "Difai"nin qonağı olacaq. 2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gələcək. Hazırda "Şəfa" və "Səbail" arasındakı xal fərqi 7-yə bərabərdir.

Əgər "Şəfa" bugünkü oyununda qələbə qazanarsa, sona 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək. "Səbail"in "Zaqatala"ya məğlub olacağı halda isə "Şəfa"ya hazırkı xal fərqi də kifayət edəcək. 

Qeyd edək ki, reqlamentə əsasən, 1-ci liqada çempion olan komanda növbəti mövsüm üçün Pemyer Liqaya birbaşa vəsiqə qazanır.

6 may (çərşənbə) 

16:00. “Şimal” – MOİK
Şamaxı OİK stadionu

16:00. “Difai” – “Şəfa”
Buzovna qəsəbə stadionu

16:00. “Zaqatala” – “Səbail”
Zaqatala OİK stadionu 

7 may (cümə axşamı) 

16:00. “Cəbrayıl” – “Baku Sportinq”

5 may (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Mingəçevir” - 2:0