Bu gün Bundesliqaya vəsiqə qazanan sonuncu komanda məlum olacaq

Növbəti mövsüm Bundesliqada çıxış edəcək sonuncu komanda bu gün bəlli olacaq.

Sportline.az xəbər verir ki, "Bohum" 0-3 hesabı ilə məğlub olduğu görüşün revanşında "Fortuna Dusseldorf" səfərinə yollanacaq.

"Bohum" əsəs liqanı 33 xalla 18-ci pillədə tamamlayıb.

"Fortuna" isə Bundesliqa 2-ni 63 xalla 2-ci sırada bitirib.

Qeyd edək ki, "Merkur Spiel Arena"da keçiriləcək oyun saat 22:30-da start götürəcək.