Bu gün final seriyasının altıncı oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasının final seriyasının altıncı oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, "Sabah" və "Neftçi" arasında qarşılaşma saat 19:00-da başlayacaq.

Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.

Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.