Bu gün İngiltərə Premyer Liqasında liderlik oyunu var
Bu gün İngiltərə Premyer Liqasında 32-ci turun mərkəzi oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, ölkə çempionatının lideri "Mançester Siti" cəmi 1 xal qabaqladığı ən yaxın izləyicisi "Liverpul"u qəbul edəcək. Liderlik oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 73 xalla 1-ci, "Liverpul" 72 xalla 2-cidir.
10 aprel
19:30. "Mançester Siti" - "Liverpul"
Baş hakim: Entoni Teylor
"Etihad" stadionu