Bu gün Xorvatiya kubokunun qalibi müəyyənləşəcək

Bu gün Xorvatiya kubokunda 2023/2024 mövsümünün qalibi məlum olacaq.

Sportline.az xəbər verir ki, final mərhələsinin ikinci oyununda Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Zaqreb səfərdə "Riyeka" ilə qarşılaşacaq.

"Maksimir"də keçirilən ilk oyun 0-0 hesabı ilə yekunlaşmışdı.

Yakov Titlikin idarə edəcəyi matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Xorvatiya kubokunun son qalibi "Hayduk" Splitdir.