"Bu, xüsusi gündür"

"Liverpul"un futbolçusu Sadio Mane İngiltərə kubokunun yarımfinalında "Mançester Siti"yə qarşı  matçdakı (3:2) dublunu şərh edib.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, o deyib: “Bu, xüsusi gündür. Dünyanın ən yaxşı komandalarından biri ilə oynadıq. Belə bir matçda, hətta yarımfinalda da qalib gəlmək çox vacibdir. Qələbə qazanıb finala yüksəldiyimiz üçün şadıq.

İlk qolu vurduğum epizodda qapıçı səhv etdi. Onu bu səhvi etməyə  məcbur edən biz olduq. Bu, bizim üslubumuzdur və həlledici rol oynadı".

Banner