Buffon müqavilə imzaladı

Canluici Buffon sabiq komandası “Yuventus”a qayıdıb.

Sportline.az xəbər verir ki, bu gün 41 yaşlı futbolçu Turin klubu ilə 2020-ci ilin iyun ayının 30-na kimi müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Buffon 2018/19 mövsümünü PSJ-də keçirib. Bu komandaya o, məhz “Yuventus”dan transfer olunmuşdu.

Əlavə edək ki, Buffon buna qədər düz 17 mövsüm  (2001-2018-ci illərdə) “Yuventus”da çıxış edib.