Buffon PSJ-də
İtaliyalı futbolçu Canluici Buffon karyerasını PSJ-də davam etdirəcək. SportLine.az xəbər verir ki, "Yuventus"un qapıçısı yaxın günlərdə Paris klubu ilə müqavilə imzalayacaq.
"Sport RMC"nin məlumatına görə, 40 yaşlı futbolçu ilə razılıq əldə olunub və C.Buffon artıq Parisdədir. Xəbərdə futbolçu ilə iki illik müqavilə imzalanacağı deyilir.
Qeyd edək ki, C.Buffon 2001-ci ildən "Yuventus"da çıxış edirdi.