Buffon yenidən "Yuventus"da

 PSJ ilə vidalaşan Canluici Buffon yenidən “Yuventus”a qayıdıb.

Sportline.az xəbər verir ki, 41 yaşlı qolkiper tibbi baxışdan keçmək üçün Turinə gəlib.

Buffonun “Yuventus”la 1 illik müqavilə bağlayacağı və buna əsasən 1,5 milyon avro qazanacağı bildirlirdi.

Qeyd edək ki, təcrübəli futbolçu 2001-2018-ci illərdə “Yuventus”un şərəfini qoruyub.