Buffondan tarixi rekord

“Yuventus”un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı qolkiper buna A Seriyasının 4-cü turunda “Kortone” ilə matçda nail olub. O, çempioatda 650-ci qarşılaşmasını keçirib. Buffon belə nəticə əldə edən ilk futbolçu kimi rekorda imza atıb.

Qeyd edək ki, Buffon karyerası ərzində 917 matç keçirib və qapısında 766 qol görüb.