Bukayo Saka Anrini üstələyib

Bukayo Saka Premyer Liqada 50 qol həddinə ən tez çatan “Arsenal” futbolçusu olub.

Sportline.az “Sportbible” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu göstəricidə klubun əfsanələrindən olan Tyeri Anrini üstələyib.

Qeyd edək ki, Bukayo Saka bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 4 qol və 7 asistlə yadda qalıb.