Bundesliqada qol vuran ən gənc futbolçu

Dortmund “Borussiya”sının futbolçusu  Yussuf Mukoko Bundesliqada yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.Futbolçu sözügedən uğura ötən gün “Union”la matçda (1:2) fərqlənməklə nail olub. 16 yaş 28 günündə olan hücumçu Bundesliqada qol vurmağı bacaran ən gənc futbolçu adını qazanıb.

İndiyədək ən yüksək göstərici “Bavariya”nın yarımmüdafiəçisi Florian Uirtsə məxsus idi- 17 yaş 34 gün.