"Bursaspor" Dəniz Yılmazı bağışladı

"Bursaspor"da Dəniz Yılmaz müəmmasına aydınlıq gəlib. SportLine.az "Anadol Ajans"a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü rəhbərlik tərəfindən bağışlanıb.

Pol Le Quenlə görüşən hücumçunun heyətə daxil edildiyi və Avstriyadakı təlim-məşq toplanışına aparılacağı bildirilib.

Bir müddətdir tək başına məşq edən hücumçu daha sonra fransız baş məşqçi ilə görüşüb və ona öz problemlərini anladıb. Millimizin üzvünü dinləyən Le Quen isə onun komanda ilə birlikdə təlim-məşq toplanışına qatılmasına qərar verib.

Dəniz Yılmazın baş məşqçisi ilə birlikdə Avstriyada mətbuat konfransı keçirəcəyi gözlənilir.