CAS Rusiya millisi ilə bağlı müraciəti rədd etdi
İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, RFS-in 2022-ci il dünya çempionatının pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti rədd edilib.
Bildirilib ki, Polşa, İsveç və Çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan ediblər.
Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.